“Neftçi” çempion olan heyətdən altıncı legioneri ilə vidalaşdı - FOTO

13:40 30-06-2021 447

“Neftçi” PFK sol cinah müdafiəçisi Talison Diasla yollarını ayırıb.

HerGun.Az xəbər verir ki, braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə transfer olunmuş və iki illik müqavilə bağlamış Talison 22 oyunda meydana çıxıb və Azərbaycan çempionu olub.

Xatırladaq ki, “Neftçi” daha əvvəl legionerlərindən albaniyalı Bruno Teluşi, bolqarıstanlı Ahmed Ahmedov, qapıçı Səlahət Ağayev, yaponiyalı Keysuke Honda, millimizin Ukrayna əsilli müdafiəçisi Anton Krivotsyuk, braziliyalı Rener Alves de Souza və fransalı Stiven Jozef-Monrozla yollar ayrılıb. “Neftçi” heyətinə cəmi üç futbolçunu – paraqvaylı Sesar Mesa Kolli, San Tome və Prinsipidən olan Heremiz və Xəyal Nəcəfovu qatıb.

Səbuhi Musayev