Məşhur braziliyalı futbolçu yol qəzasına düşüb

08:00 01-07-2021 387

Braziliyanın “Atletiko Mineyro” klubunun hücumçusu Halk idarə etdiyi avtomobillə yol qəzasına düşüb.

Bu barədə “Globo Esporte” nəşri məlumat yayıb.

Mənbə yazır ki, qəza Braziliyanın Belu-Orizonti regionunda baş verib.

34 yaşlı idmançının avtomobili motosikletlə toqquşub.

Yol qəzası nəticəsində heç kimin xəsarət almadığı qeyd olunur.