“Fənərbağça” yeni baş məşqçisinin adını açıqladı

20:40 02-07-2021 446

Türkiyənin “Fənərbağça” futbol klubu keçmiş baş məşqçisi Vitor Pereyra ilə yenidən anlaşdığını açıqlayıb.

Bu barədə ölkə KİV-i məlumat yayıb.

Məlumata əsasən, portuqaliyalı mütəxəssisin son iş yeri Çin Superliqasının “Şanxay Port” komandası olub.

Qeyd edək ki, bundan öncə Pereyra 2015-2016-cı illər mövsümündə “Fənər”i çalışdırıb.