AVRO-2020: İsveçrə İspaniyaya qarşı 10 futbolçu ilə mübarizə aparır - VİDEO + YENİLƏNİR

21:40 02-07-2021 501

İsveçrənin bərabərlik qolunun məhsuldar ötürməsini vermiş Remo Froyley 77-ci dəqiqədə qırmızı vərəqə aldı. İndi İsveçrə 10 nəfərlə mübarizə aparmalı olacaq.

21:27

Qranit Cakanın yoxluğunda İsveçrəni kapitan kimi meydana çıxarmış Cerdan Şakiri 68-ci dəqiqədə hesabı bərabərləşdirdi. Bu onun üçüncü qoludur. İlk iki qolu qrup mərhələsində Türkiyəyə vurmuşdu.

21:08

Matçda ikinci hissə gedir. İspaniya İsveçrəyə vurduğu yeganə kuryoz qolla qalib gəlməkdədir. 

20:09

İspaniya millisi 8-ci dəqiqədə hesabı açdı. “Barselona”nın sol cinah müdafiəçisi Xordi Albanın zərbəsi Denis Zakariyaya dəyərək istiqamətini dəyişib qol oldu. İspaniya İsveçrəyə 1:0 qalib gəlir.

20:00

AVRO-2020-nin 1/4 final mərhələsinin ilk oyunu olan İsveçrə – İspaniya matçı start götürdü.

HerGun.Az xəbər verir ki, topa ilk olaraq dünya və Avropa çempionları olan İspaniya millisinin toxunuşu ilə start verildi.

Sankt-Peterburqda keçirilən görüşə komandalar aşağıdakı taktiki düzülüş və heyətlə çıxıb.

İsveçrə (3-4-2-1): Zomer, Rodriqes, Akanji, Elvedi, Suber, Froyler, Zakariya, Vidmer, Embolo, Şakiri (kapitan), Seferoviç

İspaniya (4-3-3): Unai Simon, Xordi Alba, Pau Tores, Laport, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Sarabiya, Morata, Feran Tores