29 illik qaçış rekordu təzələndi - VİDEO

04:20 03-07-2021 359

Norveçli atlet Karsten Varholm 400 metrlik maneələrlə qaçışda dünya rekordunu yeniləyib.

Bu barədə “eurosport” saytında məlumat verilib.

Oslodakı turnir zamanı Varholm məsafəni 46.70 saniyəyə qət edib.

Əvvəlki 46.78 saniyəlik rekord 29 il əvvəl - 1992-ci ildə Amerikalı Kevin Yang tərəfindən qırılıb.

25 yaşlı Varholm 400 metr maneələrlə qaçışda iki qat dünya çempionu (2017, 2019) və eyni məsafədə  Avropa çempionudur (2018). Norveç çempionatında da 9 qələbəsi var.