“Real” Serxio Ramosun əvəzinə türkiyəli müdafiəçini gətirir

05:20 03-07-2021 360

Serxio Ramosla yollarını ayıran Madridin “Real” klubu müdafiədəki bu boşluğu Türkiyə millisinin gənc futbolçusu Çağlar Söyüncü ilə doldurmaq istəyir.

Bu barədə “Haber365” agentliyi məlumat yayıb.

Mənbə iddia edir ki, “Kral klubu” bir çox dünya nəhənglərinin diqqətində olan türkiyəli futbolçuya rəsmi təklif ünvanlayacaq.

Artıq futbolçunun hazırkı klubu “Lester Siti” ilə qiymətlə əlaqədar ilkin razılığın əldə olunduğunu, transferin baş tutacağı təqdirdə İngiltərə klubunun bu keçiddən 45 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, 25 yaşlı Çağlar Söyüncü Türkiyə millisinin əsas oyunçularından birinə çevrilib və 38 dəfə “ay-ulduzlu” formanı geyinməyə macal tapıb.