Ronaldu “Instagram”da hər paylaşımına görə sərvət qazanır

07:40 03-07-2021 380

Turinin “Yuventus” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu “Instagram” sosial şəbəsində hər paylaşımına görə 1,35 milyon avro qazanır.

Bu barədə BBC məlumat yayıb.

Portuqaliyalı sosial şəbəkənin ən dəyərli hesabına sahibdir. Həmçinin ən dəyərli hesablar siyahısında Lionel Messinin də adı var. Argentinalı siyahıda yeddinci pillədədir və hər paylaşıma görə 0,93 milyon avro qazanır.