Boksçumuz Avropa çempionatında ilk döyüşünə erməni əsilli idmançı ilə çıxacaq - FOTO

14:40 03-07-2021 418

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.

HerGun.Az xəbər verir ki, 30 ölkənin qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri bəlli olub.

Yığmamızın üç boksçusu birinciliyin ilk günündə rinqə çıxacaq.

3 iyul

1/16 final
-52 kq. Mahir Süleymanov – Duşan Bobek (Slovakiya)

1/8 final
-54 kq. Liliya Platova – Svetlana Linik (Ukrayna)
-66 kq. Ayna Rüstəmova – Zamata Reyber (Almaniya)

4 iyul

1/16 final
-57 kq. Nadir Məlikov – Davide Paşatsio (İtaliya)
-60 kq. Fuad Babayev – Asen Asenov (Bolqarıstan)

5 iyul

1/8 final
-46 kq. Tofiq Quliyev – Qor Ayvazyan (Gürcüstan)
-48 kq. Kənan Babayev – Yari Bonaçina (İtaliya)
-50 kq. Ənəs Ağayev – Ektor Duminik (Ukrayna)
-54 kq. Məhəmmədəli Qasımzadə – Arseni Oniyenko (Ukrayna)

6 iyul

1/8 final
-63 kq. Fərhad Şeydayev – Martin Rusnak (Çexiya)
-66 kq. Ziya Həsənov – Valentin Volokov (Moldova)
-70 kq. Lətif Həsənov – Maksim Naumov (Ukrayna)
+80 kq. Eldar Əsədli – Bəyazıt Atılır (Türkiyə)

7 iyul

1/4 final
-63 kq. Emili Rzayeva – Karolina Kun (Polşa)

Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə aparacağı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.