Braziliya millisinin Olimpiada heyəti açıqlandı: Neymar çağırılmadı - FOTO

16:00 03-07-2021 395

Braziliya millisinin Tokio Yay Olimpiya Oyunları üçün heyətinə Neymar çağırılmayıb.

HerGun.Az xəbər verir ki, 22 futbolçunun açıqlandığı siyahıda tanınmış oyunçular da var.

Bunlar arasında 38 yaşlı “Barselona”, “Yuventus”, PSJ-nin sabiq futbolçusu Dani Alves (“Sau Paulu”), Qabriel Maqalyans, Qabriel Martinelli (hər ikisi “Arsenal”) və Rişarlison (“Everton”) kimi tanınan futbolçular var.

Qeyd edək ki, Tokio Olimpiadasında ilk olaraq futbol yarışları start götürəcək. Kişilərin yarışında 21 iyulda başlayacaq matçlar avqustun 7-də başa çatacaq. Braziliya D qrupunda Almaniya, Fil Dişi Sahili və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.

Səbuhi Musayev