Mahir Emreli Polşa komandasında qollara doymur

16:40 03-07-2021 410

Millimizin futbolçusu Mahir Emreli Polşanın “Leqiya” klubunda növbəti qollarını vurub.

HerGun.Az xəbər verir ki, az öncə “Leqiya” Polşanın “Yaqelonion” klubu ilə yoxlama matçı keçirib.

Varşava klubunun 2:0 qalib gəldiyi görüşün qəhrəmanı məhz Mahir olub. O bu matçda 11 və 22-ci dəqiqələrdə qol vurub. Bununla da Mahir “Leqiya”da beşinci və altıncı qollarını vurmuş olub.

Qeyd edək ki, iki gün əvvəl 24 yaşını tamamlamış Mahir Emreli daha əvvəl yeni komandası ilə Avstriyanın “Bişofshofen” klubuna (5:0) üç və Rusiyanın “Krasnodar” komandasıına (1:1) bir qol vurub.

Səbuhi Musayev