“Keşlə”nin rəqibi “Çelsi”nin yetirməsini transfer etdi

19:20 03-07-2021 403

Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Keşlə” ilə qarşılaşacaq Rusiyanın “Soçi” klubu heyətini “Çelsi” klubunun yetirməsi ilə gücləndirib.

Bu barədə “Soçi” klubun rəsmi saytı məlumat verib.

Belə ki, Rusiya klubu əslən Kot-d-İvuardan olan 24 yaşlı yarımmüdafiəçi Viktorien Anqbanla müqavilə imzalayıb.

“Zadəganlar”ın yetirməsi olan Viktorien Anqban 2019-cu ildən  Fransanın “Mets” klubunda çıxış edib.

Xatırldaq ki, Bakının “Keşlə” klubu “Soçi” ilə ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.