Heydər Əliyev Mərkəzi Danimarka və Çexiya bayraqlarının təsvirinə büründü - FOTOREPORTAJ

22:00 03-07-2021 334

AVRO-2020-nin Bakıda keçirilən oyunlarının təbliğatı məqsədilə müxtəlif səpkili tədbirlər davam edir.

İyulun 3-də axşam saatlarında Heydər Əliyev Mərkəzinin üzərində işıq proyeksiyası vasitəsilə AVRO-2020-nin 1/4 final mərhələsinin Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunan qarşılaşmalarının iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib.

Danimarka və Çexiya dövlətlərinin bayraqları ilə yanaşı hər iki komandadan oyunçuların fotoları da proyeksiya olunub.

Foto: Tapdıq Abdullayev