AVRO-2020-də son yarımfinalçı müəyyənləşir: İngiltərədən erkən qol - YENİLƏNİR+VİDEO

23:20 03-07-2021 464

İngiltərə millisi erkən qolla hesabı açdı. Hari Keyn 4-cü dəqiqədə Rahim Sterlinqin ötürməsi ilə AVRO-2020-də ikinci qolunu vurdu.

İngiltərə Ukraynaya 1:0 qalib gəlir.

23:00

AVRO-2020-də 1/4 final mərhələsinin son görüşü keçirilir.

HerGun.Az xəbər verir ki, Romanın paytaxtı Romada Ukrayna ilə İngiltərə qarşılaşır.

Ukrayna (3-4-1-2): Buşan, Matviyenko, Krivtsov, Zabarnı, Nikolenko, Zinçenko, Sidorçuk, Karavayev, Şaparenko, Yarmolenko (kapitan), Yaremçuk

İngiltərə (4-2-3-1): Pikford, Şou, Maquayr, Stounz, Volker, Filips, Rays, Sterlinq, Maunt, Sanço, Keyn (kapitan)

Qeyd edək ki, bu görüşün qalibi yarımfinalda Danimarkanın rəqibi olacaq.

Səbuhi Musayev