Kanadada gənc qızı təyyarə vurdu - FOTO

02:20 08-07-2021 292

Kanadada gənc qızı təyyarə vurub. O, xəstəxanaya aparılsa da, həyatını qurtarmaq mümkün olmayıb.

Bu barədə “The New York Post” xəbər verib.

Məlumata görə, hadisə qız aerodromun yaxınlığında ot biçərkən baş verib. Həmin vaxt eniş edən təyyarə onu vurub.

Hazırda pilotun özü xəstəxanada əsəb şokundan müalicə alır.

Hadisə ilə bağlı istintaqa başlanılıb.