“Bavariya” “Borussiya” ilə razılığa gəldi – Hummels satılır

04:18 16-06-2019 677

Dortmundun “Borussiya” klubunun rəhbərliyi Münhenin “Bavariya” klubunun mərkəzi müdafiəçisi Mats Hummelsi almaqla bağlı razılığa gəlib. 

Bu barədə HerGun.Az “Bild”-ə istinadən xəbər verir.

Otuz yaşlı oyunçunun transferi “Borussiya”ya 20 mln avroya başa gələcək. Müdafiəçi artıq klubla şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.

Hummels “Bavariya”nın yetirməsidir. O, münhenlilərin əsas komandasının tərkibində 2007-ci ildə çıxış etməyə başlayıb. Mats 2007/08 mövsümünün ortasında “Borussiya”ya keçmiş, 2016-cı ilin yayında isə yenidən “Bavariya”ya qayıtmışdı.

Hummels 2018/19 mövsümündə Münhen komandasına Almaniya Bundesliqasının çempionu olmağa, eləcə də ölkənin Kubok və Superkubokunu qazanmağa kömək etmişdi.