Virus və bakteriyaları məhv edən parça hazırlanıb

08:40 10-07-2021 351

Rusiyada virus və bakteriyaları məhv edən xüsusi parça hazırlanıb.

Lenta.ru xəbər verir ki, parçanı Amur vilayətindən olan Svetlana və Darya adlı məktəbli qızlar hazırlayıblar.

Yeni material “AXIOM AntiVIRAL Products” layihə çərçivəsində ərsəyə gətirilib. Bunun üçün altı ay vaxt sərf olunub.

Bildirilib ki, parçaya liqanda adlı maddənin malekulları bərkidilib. Bu malekullar virus və bakteriayaları tutaraq zərərsizləşdirir. Parçanı mikroblardan təmizləmək üçün onu sadəcə yumaq kifayətdir.