Ukraynanın nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb - VİDEO

11:00 12-07-2021 397

Ukraynanın nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, “Ukrayna” telekanalının xəbərlər proqramında Şuşaya ezam olunan müxbiri görülən quruculuq işlərindən danışıb. Şuşada ilk çörək sexində olan ukraynalı jurnalist orada yaradılan yüksək şəraiti qeyd edib. Reportajda həmçinin Azərbaycan ordusunun Şuşanın azad olunması uğrunda rəşadətli döyüşü haqqında maraqlı faktlar qeyd olunub, xüsusi təyinatlılarımızın göstərdiyi qəhrəmanlıqlar vurğulanıb.

Bundan başqa, reportajda ərazilərin minalardan təmizlənməsi, magistral yolların çəkilişi, elektrik stansiyasının tikintisi barədə də ətraflı məlumat verilib.