Fransa - Azərbaycan oyununun vaxtı bilindi

10:27 14-08-2019 728

Fransa - Azərbaycan oyununun vaxtı məlum olub.

AFFA xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

Komandamızın Fransanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunu oktyabrın 10-da Kale şəhərindəki “Stad de L`Epopee”də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) keçiriləcək.