Tokio-2020: Boksçumuz qələbə qazanaraq Ermənistan təmsilçisinə rəqib oldu

10:00 25-07-2021 662

Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

HerGun.Az xəbər verir ki, 63 kq-da çıxış edən Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gəlib.

Qarşılaşmanın ilk saniyələrindən fəallıq nümayiş etdirən dünya çempionumuz inamlı qələbə qazanıb - 5:0.

Növbəti 1/8 final mərhələsində C.Çələbiyev Ermənistan təmsilçisi Ovannes Baçkovla döyüşəcək. 

Qeyd edək ki, C.Çələbiyev 2013-cü ilin dünya çempionu adını qazanıb.