Ceyhun Bayramov Ermənistanın yanaşmasının sülhə zərbə vurduğunu açıqladı

13:20 26-07-2021 401

“Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın sülhlə bağlı xoşniyyətli və vacib addımlarına qarşılıq vermir”.

HerGun.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistanın yanaşması regionda dayanıqlı sülh və tərəqqiyə zərbə vurur.

“Bu, Ermənstanın özü üçün də zərərlidir”, - deyə C.Bayramov əlavə edib.