Şəkidə piyadanı avtomobil vurub

02:00 27-07-2021 317

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçən piyada “Skhoda” markalı minik avtomobili tərəfindən vurulub. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.