Rüstəm Orucov Olimpiadadakı məğlubiyyətindən danışdı: “Püşk yaxşı gətirmədi” - VİDEO

12:20 27-07-2021 403

Azərbaycanlı cüdoçu Rüstəm Orucov Tokio Yay Olimpiya Oyunlarında məğlubiyyəti barədə danışıb.

HerGun.Az xəbər verir ki, o, medalsız qalmasını 1/4 finalda güclü rəqib - son Olimpiya çempionu Şohey Onoya qarşı düşməsi ilə əlaqələndirib.

Həmin videoaçıqlamanı təqdim edirik:

Qeyd edək ki, 73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov Musa Moquşkov (Rusiya) və Saman Maxmadbəyova (Tacikistan) qalib gəlsə də, 1/4 finalda 2016-cı il Rio Olimpiadası və 2019-cu ildə dünya çempionatının finallarında uduzduğu Şohey Ono ilə qarşılaşıb və ipponla uduzub. Daha sonra bürünc medal üçün təsəlliverici yarışa qatılan Rüstəm Akil Cakovaya (Kosovo) qalib gəlsə də, An Çan-qrimə (Koreya) yenilərək medalsız qalıb.

Səbuhi Musayev