Zidan Azarı “Real”a gətirir

01:54 24-03-2019 21

“Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan və “Çelsi” klubunun yarımmüdafiəçisi Eden Azar arasında danışıq baş tutub.

Belçikalı futbolçu Z.Zidanla danışdıqdan sonra kluba İspaniya klubuna keçməyə razılıq verib.

Bildirilir ki, E.Azar  “Real”la 5 illik müqavilə bağlayacaq və klubun ən yüksək maaş alan futbolçusu olacaq.

 Bu mövsümdə Azar İngiltərə Premyer Liqasında 29 oyunda 13 qol vurub və 11 qolla nəticələnən ötürmə verib.