İstanbulun mərkəzində silahlı hücum: Üç ölü, bir yaralı - FOTO

19:40 27-07-2021 351

Türkiyənin İstanbul şəhərində silahlı münaqişə nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.

İHA xəbər verir ki, hadisə günorta saatlarında Beyoğlu rayonunda baş verib.

Məlumata görə, iki ailə arasında baş verən mübahisə atışma ilə nəticələnib. 

Əraziyə tibb işçiləri və polis cəlb edilib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlayıb.