Samuxda həmkəndlisini bıçaqlayan şəxs tutulub

23:20 27-07-2021 349

Samux rayonunun Çobanabdallı kəndində həmyerlilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

“Report” xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü Xəyal Məmmədov mübahisə zəminində həmyerlisi, 2000-cı il təvəllüdlü Taleh Məhərrəmov tərəfindən bıçaqlanıb.

Xəsarət alan hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.