Rusiyadan olan çəhrayı brilliant 60 milyon dollara qiymətləndirildi

07:27 15-08-2019 56

Rusiyanın “ALROSA” şirkəti “Qızıl gülün kabusu” adlı çəhrayı brilliantı noyabrda satmaq niyyətindədir.

Bloomberg xəbər verir ki, şirkət hərracın necə keçiriləcəyini gələn ay müəyyənləşdirəcək.

Şirkət nümayəndəsi 14,83 karatlıq brilliantı hansı qiymətə hərraca çıxaracaqlarına da aydınlıq gətirməyib.

Mütəxəssislərin fikrincə “Qızıl gülün kabusu” dünya tarixinin ən bahalı brilliantları sırasına qatıla bilər. “Fancy Color Research Foundation” şirkətinin rəhbərlərindən biri İden Raçimov brilliantı 60-65 milyon dollar civarnda qiymətləndirib.

Qiymətli daşların satış rekordu 59,6 karatlıq “Çəhrayı ulduz”a məxsusdur: brilliant 2017-ci ildə “Sotheby’s”də 71 milyon dollara satılıb.