Bakıda oğurluq edən şəxslər saxlanıldı

15:20 05-08-2021 621

Bakıda evdən oğurluq edən şəxs saxlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6000 manat pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Babayev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilməyib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki gözəllik salonlarının birindən 20 manat və içərisində 4000 manat və 100 ABŞ dolları pul olan seyfi oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş C.Rüstəmov saxlanılıb.