Beyləqan sakinindən “patı” və heroin aşkarlandı - FOTO

09:20 06-08-2021 414

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Birinci Şahsevən kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Qabilov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman iki büküm psixotrop maddə “patı” (metamfetamin), dörd bükümdə çəkisi 19 qramdan artıq heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.