“Azəri-Çıraq-Günəşli”dən SOCAR-a satılan qazın həcmi kəskin artıb

14:00 06-08-2021 473

2021-ci ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli”dən SOCAR-a “Səngəçal” terminalı və “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 9,1 milyon kubmetr səmt qazı satılıb.

“BP Azərbaycan”dan HerGun.Az-a verilən məlumata əsasən, bu göstərici 2020-ci ilin birinci yarısına olan olan nəticə ilə müqayisədə 31,9 faiz çoxdur. 

Ümumilikdə isə Dövlət Neft Şirkətinə 1,6 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Nigar Məmmədova