42 il fərqlə çəkilən foto hər kəsdə maraq doğurdu - FOTO

07:40 07-08-2021 500

“Nainkie” ləqəbli 67 yaşlı ginekoloqun “Reddit”də 42 il il fərqlə yayımladığı iki şəkil sosial şəbəkə istitfadəçiləri tərəfindən maraqla qarşılanıb. Bir çox istifadəçi qadının bu illər ərzində öz gənclik və gözəlliyini qoruduğu üçün təəccübünü bildirib.

Bu barədə Lenta.ru xəbər yayıb.

Şəkillərdən biri həkimin karyerasının lap başlanğıcında - 1979-cu ildə, ikincisi isə 2021-ci ildə çəkilib.

“Sevdiyim işlə məşğul olduğum üçün çox şanslı idim. Başqalarına həqiqətən faydalı olduğumu hiss edirdim. Əlbəttə ki, streslə də qarşılaşırdım, amma ümumilikdə hər şey əla idi. Bütün illər işlədiyim müddətdə cəmi bir şikayət aldığım üçün də ayrıca qürur duyuram. Həmin vaxt qadını uğurlu IVF (süni mayalandırma) münasibətilə təbrik etmişdim, o isə yanındakı rəfiqəsinin bunu bilməsini istmirdi”, - deyə fotonun qəhrəmanı əlavə edib.

İstifadəçilər “Nankie”nin görünüşündən və işindən heyranlıqlarını bildiriblər.

“67 yaş üçün möhtəşəm görünürsən”, “Bu, inanılmazdır! Təqaüdə çıxmağınızdan zövq alın, bu sizin haqqınızdır”, “Hekayənizi paylaşdığınız üçün təşəkkür edirik! Şübhəsiz ki, bir çox insanın həyatını həm də inanılmaz enerjiniz xilas edib”, - deyə istifadəçilər bildiriblər.

Bəziləri isə qadına işlərindən bəhs edən bir kitab yazmağı məsləhət görüb.