Qubada avtomobil oğurlayan şəxs saxlanılıb - FOTO

13:40 07-08-2021 546

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov  rayonun Alekseyevka kənd sakininə məxsus VAZ-2106 markalı avtomobili əvvəlcə oğurlamış, daha sonra isə qəza törədərək hadisə yerindən qaçmışdır.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalan Quba RPŞ tərəfindən aparılır.