106 yaşlı qadın koronavirusun “delta” ştammından sağaldı – FOTO/VİDEO

00:40 08-08-2021 543

106 yaşlı Pakistan sakini koronavirusun “delta” ştammından sağalıb.

Bu barədə “ARY News” telekanalı məlumat yayıb.

Bildirilir ki, 106 yaşlı Hasin Bibi Karaçi xəstəxanalarından birində müalicə alıb və artıq evə buraxılıb.

Xəstəxana işçiləri və pakistanlının ailəsi onun sağalmasını tort kəsərək qeyd ediblər.