Bakıda avtomobil yolu keçən piyadanı vurub

02:00 08-08-2021 320

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Əhmədli qəsəbəsində yolu keçən 1984-cü il təvəllüdlü Əliyev Aydın Adil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.