Gəncədə sərxoş vəziyyətdə anasını taxta ilə döyüb öldürən şəxs saxlanılıb - YENİLƏNİB

10:40 08-08-2021 654

Gəncədə anasını öldürməkdə şübhəli bilinərək saxlanılan Ramin Rüstəmovun cinayətinin təfərrüatı məlum olub.

Bununla bağlı “Qafqazinfo” xəbər yayıb.

Bildirilib ki, Gəncə şəhərində 41 yaşlı kişi anasını taxta parçası ilə döyərək öldürüb.

Şəhər sakini, 1980-ci il təvəllüdlü Ramin Rüstəmov iyulun 24-də sərxoş vəziyyətdə olarkən anası, 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya taxta parçası ilə çoxlu zərbə vuraraq döyüb.

S.Rüstəmova aldığı xəsarətlərlə qızının evinə aparılıb. Avqustun 7-də orada vəfat edib.

10:05

Gəncə şəhəri, Məhsəti qəsəbə sakini 1980-ci il təvəllüdlü Ramin Rüstəmovun iyulun 24-də anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi səbəbindən sonuncunun avqustun 7-də ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.