“Barselona” və “Totenhem”in sabiq futbolçusu Azərbaycanda oynayacaq - VİDEO

12:00 08-08-2021 429

“Sabah” heyətinə yeni futbolçu cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Masazır təmsilçisi vaxtilə “Barselona”da oynamış Kristian Sebalyosla güclənib.

29 yaşlı hücumçu ilə müqavilənin detalları açıqlanmayıb.

Kristian Sebalyos “Barselona” (U-19) ilə yanaşı, “Totenhem”də (2011-2013) də forma geyinib.

O, digər İngiltərə təmsilçisi “Çarlton”, Portuqaliyanın “Aroka”, Belçikanın “Sent-Trüden” klublarında çıxış edib. Futbolçu son mövsümü “Qətər” klubunda keçirib.