İranın yeni prezidenti koronavirusa qarşı yerli vaksinlə peyvənd olunub

02:20 09-08-2021 377

İranın yeni prezidenti İbrahim Rəisi koronavirusa qarşı yerli “COV Iran Barakat” vaksininin ilk dozasını vurdurub.

Bu barədə IRIB məlumat yayıb.

Məlumata görə, dövlət başçısı Tehranda olan tibb məntəqələrindən birində peyvənd olunub.

Qeyd edək ki, İran peyvəndi ilə vaksinasiyaya iynun 12-dən test rejimində start verilib. İki gün sonra isə preparat  ölkənin Səhiyyə Nazirliyinin icazəsini alıb.