Peyvənd əleyhdarı olan ailə bir həftə ərzində COVID-19-dan öldü - FOTO/VİDEO

23:20 10-08-2021 520

Portuqaliyada koronavirus peyvəndi əleyhdarının bütün ailə üzvləri COVID-19-dan ölüb.

“The Guardian”ın məlumatına görə, bu barədə qurbanın qohumu Francis Gonçalveş bildirib.

Gonçalveşin sözlərinə görə, anası, atası və qardaşı peyvənd əleyhdarlarının təbliğatının qurbanına çevrilərək koronavirusa qarşı peyvənddən imtina ediblər. Onıların hər üçü koronavirusa yoluxub və bir həftə ərzində ölüb.

O, ailənin təcrübəsinin digər peyvənd əleyhdarlarını vaksinasiyaya təşviq edəcəyi ümidi ilə hekayəsini paylaşmağa qərar verdiyini deyib.