Ağ Evin vaksin təşviqatı işgəncəyə bərabər tutuldu - VİDEO

04:00 11-08-2021 536

Ağ Ev qadın paltarında və saxta dırnaqları olan tiktokerin iştirakı ilə vaksinasiyaya təşviq barədə rolik hazırlayıb. Kadrlar sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Bu barədə RT xəbər yayıb.

Kadrlarda məşhur bloqer Benni Drama Ağ Evin mətbuat katibi Cen Psakinin stajçısı Kuperi canlandırıb. Dırnaq və saç düzümü ilə yanaşı yeni “əməkdaş” mətbuat katibi ilə hər bir amerikalının COVID-19 əleyhinə peyvənd vurdurmalı olduğunu müzakirə edir.

Görüntülər sosial şəbəkədə virus kimi yayılıb.

Tanınmış jurnalist Zakari Lima videoya münasibət bildirərkən deyib ki, Ağ Ev peyvəndləri ümumiyyətlə reklam etməsəydi vaksinasiyaya təbliğat üçün daha faydalı olardı:

“Dünya o qədər çılğınlaşıb ki, Ağ Ev rəsmilərinin sosial media personajları ilə dostluq etməkdən və tezliklə unudulacaq məzmunlarda görünməkdən başqa bir işi yoxdur?”, - deyə o narazılığını bildirib.

Videoya Kiçik Tramp da “Twitter” hesabından reaksiya verib:

“Bundan sonra peyvənd olunana qədər su ilə işgəncə edəcəklər. Ancaq o da var ki, belə bir videoya baxmaqdan daha pis bir şey yoxdur”.