“Çelsi” “Vilyareal”ı yenərək UEFA Superkubokuna sahib çıxdı - FOTO/VİDEO

02:20 12-08-2021 428

Bu gün UEFA Superkuboku uğrunda oyun keçirilib.

HerGun.Az xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda yerləşən “Uindzor Park Arena”da baş tutan qarşılaşmada İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyareal” klubları üz-üzə gəlib.

Rusiyalı FIFA referisi Sergey Karasyovun idarə etdiyi matçın əsas vaxtı 1:1 hesablı heçə-heçə ilə başa çatıb. “Zadəganlar”ın futbolçusu Zieşin 27 dəqiqədə vurduğu qola 73-cü dəqiqədə Moreno cavab verib. 

Əlavə vaxtda qapılara qol vurulmayıb və oyunun müqəddəratı penalti seriasında həll olunub. Burada “Çelsi”nin oyunçuları daha dəqiq olub - 6:5.