“Neftçi” və “Qarabağ” avroliqalarda cavab qarşılaşmalarına çıxır

10:00 12-08-2021 412

Bu gün UEFA Avropa Liqasının və Konfrans Liqasının cavab qarşılaşmaları keçiriləcək. 

HerGun.Az xəbər verir ki, Avropa Liqasında ölkəmizi təmsil edən “Neftçi” klubu səfərdə Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək. 

Bakıda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı. 

“Ağ-qaralar”ın heyətində Namiq Ələsgərov və Uqo Baştunun oynamayacağı dəqiqdir. 

Helsinkinin “Bolt Arena”sında keçiriləcək qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. 

Konfrans Liqasında isə Azərbaycanı təmsil edən “Qarabağ” klubu evdə Kiprin AEL klubu ilə qarşılaşacaq. Səfərdə baş tutan ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək. 

Hər iki qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.