Avropada 44 ildən sonra temperatur rekordu qırıldı

14:20 12-08-2021 632

Avropada havanın temperaturu 44 illik rekordu yeniləyib və demək olar ki, 49 dərəcəyə çatıb.

Bu barədə “Corriere della Sera” məlumat yayıb.

Qeyd olunur ki, avqustun 11-də Siciliyanın Sirakuza şəhərində havanın temperaturu 48,8 dərəcə olub. Buna qədər yalnız 1977-ci il avqustun 11-də Afinada 48 dərəcə temperatur qeydə alınıb.

Avropa alimləri həmçinin növbəti günlərdə bu rekordun yenilənəcəyini istisna etməyiblər.