Yaponiyalı atletdən Olimpiadada aldığı qızıl medalla bağlı gözlənilməz addım - VİDEO

01:40 13-08-2021 413

Tokio Olimpiadasında gülməli hadisə yaşanıb. Belə ki, Yaponiya çempionu şəhər meri tərəfindən “dişlənən” qızıl medalını dəyişdirəcək.

Bu barədə 360 TV xəbər yayıb.

Çempion olmuş atlet baxması üçün mükafatını şəhər başçısına verib, Takasi Kavamura isə bu şəkildə zarafat etmək etmək istəyib.

Hazırda mer koronavirus səbəbiylə sanitariya standartlarını pozmaqda günahlandırılır.

Bundan başqa o, idmançıya təcavüzdə ittiham olunur. Belə ki, şəhər meri ondan romantik bir əlaqəyə girməyin qadağan olub-olmadığını soruşub.

Kavamura artıq etdiyi hərəkətə görə üzr istəyib və yeni qızıl medal üçün pul verəcəyini vəd edib.