“BakuBus”un avtobusunda yanğın: Sərnişinlər təxliyə edildi - VİDEO

14:20 13-08-2021 386

Bakıda sərnişin avtobusunda yanğın hadisəsi baş verib.

Hadisə metronun “Xətai” stansiyasının yaxınlığında qeydə alınıb.

“BakuBus” MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.