“Liverpul”un müdafiəçisi komandasını dəyişmədi

14:40 13-08-2021 443

Futbol üzrə Niderland millisinin təcrübəli müdafiəçisi Vircil van Deyk “Liverpul” klubu ilə yeni müqaviləyə imza atıb.

Bu barədə xəbər “mersesaydlılar”ın rəsmi saytında dərc edilib.

Məlumatda qeyd olunur ki, 30 yaşlı futbolçu daha dörd il “Liverpul”un formasını geyinəcək.

Qeyd edək ki, Vircil van Deyk “Liverpul” ilə Çempionlar Liqasını və UEFA Super Kubokunu, İngiltərə Çempionluğunu və Klublararası Dünya Kubokunun qalibi olub.

O, 2015-ci ildən Niderland millisində çıxış edir. Milli komandanın kapitanıdır.

Futbol üzrə sonuncu Avropa Çempionatında isə zədə səbəbindən iştirak edə bilməyib.