Levandovskidən daha bir rekord

01:20 14-08-2021 429

Almlaniya Bundesliqasının açılış matçında Münhenqladbax “Borussiya”sı “Bavariya”nı qəbul edib.

HerGun.Az xəbər verir ki, 10-cu dəqiqədə qapısında top görən son ölkə çempionu ilk hissənin sonlarına yaxın hesabı bərabərləşdirib.

Münhenlilərdən Robert Levandovski fərqlənib.

O, yeddi ildir ardıcıl olaraq Almaniya çempionatının ilk turunda qol vurmaqla daha bir özünəməxsus rekorda imza atıb.