Azərbaycanda dəhşətli hadisə: Ana bir yaşlı övladını su kanalına atdı

12:20 14-08-2021 423

Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.