Azərbaycan Premyer Liqasında ikinci turun proqramı açıqlandı

15:40 14-08-2021 406

Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci turun oyun cədvəli məlum olub.

Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, iki gün davam edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

21 avqust (şənbə)

18:00. “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu.

20:00. “Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”.

22 avqust (bazar)

18:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu.

20:30. “Qarabağ” – “Səbail”
“Azersun Arena”.