Qüds yaxınlığında meşə yanğını başlayıb, əhali təxliyyə olunub

00:00 16-08-2021 343

Qüds yaxınlığındakı meşə massivində yanğın baş verib.

Bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.

Məlumata əsasən, şəhər ətrafında altı yaşayış məskəninin sakinləri təxliyyə olunub.

Yanğınla mübarizə üçün əraziyə 10-dan çox xüsusi təyyarə göndərilib.