Batmaq təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib
01:20 16-08-2021 332
Bu gün Xəzər dənizi çimərliklərində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum”, “Şüvəlan” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində və 9 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.