Azərbaycanlı yanğınsöndürənlərin ilk qrupu Türkiyədən qayıtdı - FOTOREPORTAJ

15:40 16-08-2021 320

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin ilk qrupu bu gün Vətənə qayıdıb.

Qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.

Qeyd edək ki, heyətin ikinci qrupu axşam saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq.

FOTO: Tapdıq Abdullayev